BDM xoş gəlmisiniz

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq Dil Mərkəzi 2010-cu il iyun ayından fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi gənc tələbələrə və alimlərə Avropa dillərinin (Alman, Ingilis, Rus, Fransiz, Ispan) öyrədilməsində və əsasən Almaniya Federativ Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası və eləcə də digər Avropa universitetlərinin təhsil sistemi ilə tanış olmaqda yardımçı olmaq və onları bu yolda dəstəkləməkdir.

BDM xoş gəlmisiniz

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq Dil Mərkəzi 2010-cu il iyun ayından fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi gənc tələbələrə və alimlərə Avropa dillərinin (Alman, Ingilis, Rus, Fransiz, Ispan) öyrədilməsində və əsasən Almaniya Federativ Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası və eləcə də digər Avropa universitetlərinin təhsil sistemi ilə tanış olmaqda yardımçı olmaq və onları bu yolda dəstəkləməkdir.

İstifadəçi Girişi

İstifadəçi Adı :
Şifrə :
Şifrəmi Unutdum
İstifadəçi paneli
#_dili #_dili #_dili #_dili
Ümumi
Qeyri - intensiv Alman dili
İntensiv (TELC A1-C1)
TestDaF
İqtisadi
Tibbi
Hüquqi

TestDaF

BDM-də TestDaF imtahanına hazırlıq kursu

TestDaF imtahanını uğurla verə bilmək üçün BDM-in imtahana hazırlıq kursunda  və eləcə də TestDaF sınaq imtahanında iştirak edə bilərsiniz.

Kurs

TestDaF imtahanına hazırlıq kursu

Alman dili xarici dil kimi test imtahanına intensiv hazırlıq

Şərtlər

Mittelstufe/Oberstufe (B2/C1) səviyyəsində alman dili bilikləri tələb olunur

Kursun məzmunu

TestDaF Training qısa müddət ərzində növbəti TestDaF imtahanına hazırlaşanlar və yaxşı alman dili biliyi olanlar üçün nəzərdə tutulmuşdur

İştirakçılar

Alman dilini B2 səviyyəsində bilənlər

İştirakçı sayı

8-10 nəfər

Müəllimlər

Ali təhsilli, uzun illər Alman dilindən dərs demiş və TestDaF imtahan təcrübəsi olan yerli və xarici müəllimlər

TestDaF imtahanı

TestDaF imtahanında iştirak edə bilmək üçün qeydiyyatdan keçmək mühümdür. Bunu onlayn www.testdaf.de səhifəsində məbləği TestDaF İnstitutunun hesabına kredit kartı ilə  ödəməklə edirsiniz. İmtahan rüsumu- 130 Avrodur.

TestDaF sınaq imtahanı

BDM-ofisində ildə 6 dəfə (hər imtahan tarixindən təxminən 10 gün əvvəl) TestDaF sınaq imtahanı keçirilir və nəticələr mütəxəssislərimiz tərəfindən yoxlanıb iştirakçılara bildirilir. Sınaq imtahanı ödənişlidir.

TestDaF (Alman dili xarici dil kimi testi) nədir?

Almaniyanın bütün universitetləri və ali məktəbləri tərəfindən tanınan dil sertifikatıdır və onun TDN3 (aşağı səviyyə), TDN4 (orta səviyyə) və TDN5 (yüksək səviyyə) səviyyələri Ümumi Avropa Dil Çərçivəsinin B2.1-dən C1.2-dək səviyyələrini əhatə edir.

Əgər siz:

  • Alman dilini yaxşı və hətta əla səviyyədə bilirsinizsə
  • Almaniyada təhsil almaq istəyirsinizsə
  • elmi akademik fəaliyyət üçün alman dili biliklərinizin beynəlxalq miqyasda tanınmasını istəyirsinizsə
  • Almaniyada təhsil almaq yaxud tədqiqat aparmaq üçün təqaüd almaq istəyirsinizsə

o zaman sizə TestDaF  dil sertfikatı mütləq lazımdır.

TestDaF imtahan prosesi necə olur?

İmtahan prosesi 4 mərhələdən ibarətdir:

  • Mətn oxuma
    • 30 tapşırıqlı 3 mətn
    • 60 dəqiqə
    • 10 dəqiqə fasilə
  • Audio dinləmə
    • 25 tapşırıqlı 3 mətn
    • 40 dəqiqə
    • 30–60 dəqiqə fasilə
  • Yazılı nitq
    • 1 tapşırıq
    • 60 dəqiqə
    • 10 dəqiqə fasilə
  • Şifahi nitq
    • 7 tapşırıq
    • 30 dəqiqə (göstərişlə birlikdə)
       

Ümumilikdə imtahan 3 saat 10 dəq davam edir  (fasilələr nəzərə alınmadan)

 

Copyright © 2018 BDM
developed by ibp