ÖSD
Beynəlxalq Dil Mərkəzi Azərbaycanda 2020-ci ildən etibarən rəsmi ÖSD imtahan mərkəzidir. ÖSD dil sertifikatı Avstriya, Almaniya həmçinin İsveçrə dövlətləri tərəfindən rəsmi olaraq əmək bazarında, ali təhsil ocaqlarında, digər tədris müəssisələrində keçərli olmaqla yanaşı, adı çəkilən ölkələrə yaşayış, iş icazəsi və vətəndaşlıq müraciətlərində qəbul olunan Beynəlxalq statuslu sənəddir.
Ailə Birləşməsi Vizasına müraciət edən vətəndaşların təqdim etdiyi A1 ÖSD (Start Deutsch) sertifikatı Alman Konsulluğu tərəfindən qəbul olunur.
Beynəlxalq səviyyəli ÖSD sertifikatlarının digər üstünlüyü müddətsiz olması və Ümumavropa dil çərçivəsi proqramına (CEFR) əsasən keçirilməsidir.
ÖSD A1 Sertifikatı – Übungtest
ÖSD A2 Sertifikatı – Übungtest
ÖSD B1 Sertifikatı – Übungtest
ÖSD B2 Sertifikatı – Übungtest
ÖSD C1 Sertifikatı – Übungtest